Bank Of Baku

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün test imtahanları oktyabrın 25-də keçiriləcək

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün test imtahanları oktyabrın 25-də keçiriləcək
# 14 oktyabr 2008 14:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ədliyyə Nazirliyinin İxtisas Komissiyası notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən namizədlər üçün keçiriləcək test imtahanının vaxtını müəyyən edib. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Test imtahanını İxtisas Komissiyası ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası birgə oktyabrın 25-də saat 10.00-da Azərbaycan Kooperasiya Universitetinin binasında keçirəcək. Qeyd olunub ki, namizədlərin müəyyən edilmiş yerə imtaham başlamazdan bir saat əvvəl gəlmələri tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR