Bank Of Baku

Bakıda heroin satan İran vətəndaşı tutulub

Bakıda heroin satan İran vətəndaşı tutulub
# 14 oktyabr 2008 14:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında heroin satan İran vətəndaşı həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları İran vətəndaşı, 1967-ci il təvəllüdlü Lamani Əlizadə Yunis oğlunu şübhəli şəxs qismində saxlayıblar. Üzərinə baxış keçirilərkən ondan yarım kiloqramdan artıq heroin aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı Əlizadə Lamani heroini Azərbaycana satmaq məqsədi ilə gətirdiyini etiraf edib. Faktla bağlı BŞBPİ-də Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, əldə etmə, saxlama və ya satma) maddələri cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR