Bank Of Baku

Gəncədəki N saylı hərbi hissədə atışma baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Gəncədəki N saylı hərbi hissədə atışma baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
# 16 dekabr 2006 11:15 (UTC +04:00)
APA-nın Qərb bürosunun hadisə yerində olan əməkdaşının məlumatına görə, Sumqayıt Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Fuad Həsənov əvvəlki çağırışlardan olan dörd əsgər yoldaşını avtomat silahla güllələyib. Güllələnmiş əsgərlərdən biri Şəki Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış sıravi Ceyhun Mikayılov hərbi hospitala gətirilərkən yolda həlak olub. Digər üç əsgər Elçin Səmədov, Vüsal Seyidov və Vüsal Mehdiyev Gəncə Hərbi Hospitalına yerləşdiriliblər. Əsgərlərdən birinin baş nahiyəsindən güllə yarası aldığı və vəziyyətinin son dərəcə ağır olduğu bildirilib. Hadisəni törətmiş əsgər silahını da götürərək hərbi hissəni tərk etsə də, hüquq-mühafizə orqanları onu yaxalayıblar. İlkin məlumatlara görə, hadisənin baş vermə səbəbi əvvəlki çağırışdan olan əsgərlərin yeni hərbi xidmətə başlamış əsgəri incitməsidir. Hadisənin təfərrüatları açıqlanmır. Gəncə şəhər hərbi prokuroru Namiq Muradovun APA-ya verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda hadisənin şahidi olan əsgərlərin dindirilməsi davam edir.
N saylı Hərbi Hissədəki mənbənin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, dünən axşamdan etibarən hərbi hissədəki silah anbarı açılmayıb. Belə olan halda əsgərin avtomat silahı haradan əldə etməsi barədə də dəqiq məlumat yoxdur.
Müdafiə Nazirliyi mətbuat xidmətindən APA-ya faktı təsdiqləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR