Bank Of Baku

Bakı Metropoliteni bankları əməkdaşlığa dəvət edir

Bakı Metropoliteni bankları əməkdaşlığa dəvət edir
# 16 dekabr 2006 12:07 (UTC +04:00)
“Metroda gediş haqlarının elektron kartları vasitəsilə ödənilməsi üçün banklar Bakı Metropoliteni ilə əməkdaşlıq edə bilər”. Bunu APA-ya Bakı Metropolitenin hərəkət xidmətinin baş mühəndisi Etibar İsayev deyib. Onun sözlərinə görə, Beynəlxalq Bankdan (BB) başqa, hələlik heç bir bank bu sahədə əməkdaşlıq etmək üçün onlara müraciət etməyib. Hazırda isə metroda yalnız BB-nin VİSA elektron kartından gediş haqqının yüklənməsi üçün istifadə edilir. VİSA-ya sahib olan şəxslər metrodan cip kart almadan və girov qiyməti ödəmədən bu kartlarına istənilən qədər gediş yükləyə bilərlər. BB ilə Bakı Metropoliteni arasındakı bu razılaşma müddətsiz həyata keçiriləcək.
Qeyd edək ki, hazırda BB-nin 25 min VİSA kartı olan müştərisi var. Metropoliten gələcəkdə kartların köçürmə yolu ilə yüklənməsini də nəzərdə tutur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR