Bank Of Baku

Axtarışda olan iki Zaqatala sakini həbs edilib

Axtarışda olan iki Zaqatala sakini həbs edilib
# 18 dekabr 2006 08:46 (UTC +04:00)
Zaqatala rayonunda axtarışda olan iki nəfər həbs edilib. Zaqatala rayon polis şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının səyi nəticəsində dekabrın 16-sı və 17-də axtarışda olan Zaqatala rayon Əlibayramlı kənd sakini Rizvan Novruzov və Zaqatala şəhər sakini Mahmud Məmmədov həbs edilib. Rayon polis şöbəsindən o da bildirilib ki, Zaqatala rayon Əli Bayramlı kənd sakini R.Novruzov barəsində, Tərtər rayon Hərbi Prokurorluğu tərəfindən, Zaqatala şəhər sakini M. Məmmədov barəsində isə ay yarım əvvəl Zaqatala rayon Məhkəməsi tərəfindən axtarış elan edilib. Həbs edilən hər iki şəxs məhkəmə orqanlarına təhvil verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR