Bank Of Baku

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bu gün Həccə gedir

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bu gün Həccə gedir
# 18 dekabr 2006 09:22 (UTC +04:00)
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bu gün axşam saat 10.00-da Həcc ziyarətinə yola düşəcək. Bu barədə APA-ya Q. Zahidin özü məlumat verib. Onun sözlərinə görə, bu ilin əvvəlindən müqəddəs ziyarətə getmək fikrinə düşüb və nəhayət bu niyyətini reallaşdırıb. Q. Zahid bu ziyarətin həyata keçməsində ona yardımçı olmuş Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə təşəkkür edib. Q. Zahid onu da qeyd edib ki, müsəlman olaraq özünü Həcc ziyarətində iştirak etməyə hazır sayır. Belə ki, o artıq bir ildir ki, islam dininin əsas şərtlərindən biri olaraq namaz qıldığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR