Bank Of Baku

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar
# 18 dekabr 2006 09:23 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 17-də saat 21.45-dən 22.00-dək Ağdam rayonunun Şıxlar kəndinin 1,4 kilometr cənub-şərqində və işğal olunmuş Baş Qərvənd kəndinin cənubunda yerləşən mövqelərindən, saat 22.00-da Tərtər rayonunun işğal olunmuş Cerabert kəndinin 3,5 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR