Bank Of Baku

Gəncədəki “N” saylı hərbi hissədə baş vermiş insidentlə bağlı cinayət işi Respublika Hərbi Prokurorluğuna verilib

Gəncədəki “N” saylı hərbi hissədə baş vermiş insidentlə bağlı cinayət işi Respublika Hərbi Prokurorluğuna verilib
# 18 dekabr 2006 09:40 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, hadisə ilə əlaqədar Respublika Hərbi Prokurorluğunun nümayəndələri Gəncəyə ezam olunub. Gəncə şəhər Hərbi Hospitalından verilən məlumata görə isə digər 3 əsgərin vəziyyəti orta-ağır olaraq qalır.
Qeyd edək ki, dekabrın 16-da səhər saatlarında Gəncədə yerləşən “N” saylı hərbi hissədə qulluq edən, oktyabr ayında hərbi xidmətə çağırılmış əsgər F.Həsənov “AK-74” markalı avtomatla 4 əsgəri güllələyərək, hərbi hissəni tərk edib. Gəncə şəhər Hərbi Prokurorluğu və Gəncə şəhər Polis İdarəsinin həyata keçirdiyi birgə əməliyyat nəticəsində F.Həsənov üç saatdan sonra qohumlarının evində saxlanılıb. Yaralanan 4 əsgər Sumqayıtdan hərbi xidmətə çağırılmış Ceyhun Mikayılov, Bakıdan hərbi xidmətə çağırılmış Elçin Məmmədov, Vüqar Məmmədov və Ağdamdan hərbi xidmətə çağırılmış Vüsal Seyidov Gəncə şəhər Hərbi Hospitalına yerləşdirilsə də, C.Mikayılov hospitalda keçinib. F.Həsənov barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə cinayət işi başlanılıb. İlkin məlumatlara görə, hadisənin baş vermə səbəbi əvvəlki çağırışdan olan əsgərlərin yeni hərbi xidmətə başlamış əsgəri incitməsidir. Respublika Hərbi Prokurorluğu istintaq getdiyindən hadisənin təfərrüatlarını açıqlamır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR