Bank Of Baku

II dünya müharibəsində itkin düşmüş 12 azərbaycanlının taleyi barədə məlumatlar APA-da

II dünya müharibəsində itkin düşmüş 12 azərbaycanlının taleyi barədə məlumatlar APA-da
# 18 dekabr 2006 14:16 (UTC +04:00)
AQAÇ-dan verilən məlumata görə, ilk dəfə yalnız APA-ya təqdim olunmuş bu siyahı Ukrayna arxivlərindən əldə olunub. Siyahı Ukrayna dilində hazırladığı üçün Azərbaycan dilinə tərcümədə bəzi adlarda yanlışlıq olması mümkündür. Siyahıda adı qeyd olunanlar barədə daha ətraflı məlumat toplanması üçün yaxın günlərdə əldə olunan məlumatlar rayonların hərbi komissarlıqlarına və AQAC-ın yerli şöbələrinə təqdim ediləcək.
1. Abdullayev Abdulla Mahmud oğlu 1918-ci il təvəllüdlü, Azərbaycanın Quba rayonunun Barxov kənd sakini, müharibə vaxtı sıravi əsgər olub, 18.09.1941-ci ildə əsir düşüb, 14.01.1942-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 19.01.1942-ci ildə vəfat edib.
2. Ələsgərov İlyas Qasım oğlu 1910-ci il təvəllüdlü, Kəlbəcər rayonunun Suzluq kəndində doğulub, sıravi əsgər olub, 14.07.1942-ci ildə əsir düşüb, 21.08.1942-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 08.11.1942-ci ildə vəfat edib.
3. Əsədov Qərib Məhərrəm oğlu - 1919-ci il təvəllüdlü, Nuxa rayonu, Karazoba kəndi, sıravi əsgər olub, 15.09.1941-ci ildə əsir düşüb, 21.08.1942-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 24.09.1942-ci ildə vəfat edib.
4. Zaxarov Qriqori Yaremovic - 1917-ci il təvəllüdlü, Bakı şəhəri, Çapayev küçəsi 36 ünvanında yaşayıb. Sıravi əsgər olub, 13.10.1941-ci ildə əsir düşüb, 01.01.1942-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 11.02.1942-ci ildə vəfat edib.
5. İlyasov Bayram Umar oğlu - 1920-ci il təvəllüdlü, Yevlax rayonu Quli kəndində anadan olub. Sıravi əsgər olub, 15.09.1941-ci ildə əsir düşüb, 30.05.1942-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 22.06.1942-ci ildə vəfat edib.
6. Kərimov Əşrəf - 1906-cı il təvəllüdlü, Bakı şəhəri, Malki-Taus rayonunda yaşayıb. Sıravi əsgər olub, 20.09.1941-ci ildə əsir düşüb, 21.04.1942-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 13.06.1942-ci ildə vəfat edib.
7. Kərimov Karıl Məmməd oğlu - 1919-cu il təvəllüdlü, Ağdam rayonunun Ural kəndində anadan olub. Sıravi əsgər olub, 15.09.1941-ci ildə əsir düşüb, 2.04.1942-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 26.04.1942-ci ildə vəfat edib.
8. Məmmədov İsmayıl Məmməd oğlu - 1916-cı il təvəllüdlü, Şuşa şəhərinin Xanalı kəndində anadan olub. Sıravi əsgər olub, 12.05.1942-ci ildə əsir düşüb, 16.07.1942-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 22.08.1942-ci ildə vəfat edib.
9. Məşədiyev Çiskan - 1910-ci il təvəllüdlü, Gədəbəy rayonu, Çarasuli kəndində anadan olub. Sıravi əsgər olub, 13.11.1941-ci ildə əsir düşüb, 28.11.1941-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 5.12.1941-ci ildə vəfat edib.
10. Rüstəmov Balaxan -1903-cü il təvəllüdlü, İmişli rayonu Otuzikilər kəndində anadan olub, sıravi əsgər olub, 16.07.1942-ci ildə əsir düşüb, 28.08.1942-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 23.09.1942-ci ildə vəfat edib.
11. Sırenkov Arxip Samoylovic - 1910-ci il təvəllüdlü, Bakı şəhəri, Lökbatan qəsəbəsi, korpus 120 ünvanında yaşayıb. Sıravi əsgər olub, 15.09.1941-ci ildə əsir düşüb, 01.02.1942-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 14.02.1942-ci ildə vəfat edib.
12. Talıbov Qasım Alko oğlu - 1915-ci il təvəllüdlü, Yevlax rayonu Mamırlı kəndi, sıravi əsgər olub, 22.09.1941-ci ildə əsir düşüb, 3.11.1941-ci ildə əsir düşərgəsinin hospitalına daxil olub. 10.11.1941-ci ildə vəfat edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR