Bank Of Baku

“Şəmkir” tankerində baş vermiş partlayışla bağlı cinayət işi açılıb

“Şəmkir” tankerində baş vermiş partlayışla bağlı cinayət işi açılıb
# 19 dekabr 2006 10:44 (UTC +04:00)
“Paris kommunası” adına Gəmi Təmiri Zavodunda təmirə dayanmış “Şəmkir” neft daşıyan tankerinin maşın bölməsində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb. Bu barədə APA-ya Səbayel rayon prokurorunun müavini Elçin Sultanov məlumat verib. E. Sultanov bildirib ki, fakta dair Cinayət Məcəlləsinin 162.2-ci (texniki təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət işi açılıb. Hələlik heç kim hadisəyə görə təqsirləndirilən şəxs qismində cəlb olunmayıb. Cinayət işinin icraatı müstəntiq Müseyib Hacıyevə verilib. Qeyd edək ki, dünən Neftçilər prospekti-39 ünvanında yerləşən “Paris kommunası” adına Gəmi Təmiri Zavodunda tutumu 12.500 ton olan təmirə dayanmış “Şəmkir” neft daşıyan tankerinin maşın bölməsində qaynaq işləri aparılarkən partlayış baş verib. Partlayış nəticəsində 3 kv.m sahədə yağ qalıqları yanıb. Yanğının kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Cəlil Heybət oğlu Qurbanlının meyiti aşkar olunub. Bundan başqa, hadisə nəticəsində 5 nəfər 22 yaşlı Elşən Çingiz oğlu Musayev, 48 yaşlı Qənimət Hidayət oğlu İbrahimov, 40 yaşlı Adil Məmməd oğlu Fərzəliyev, 63 yaşlı Kamil Ələsgərov, 41 yaşlı Musa Məmmədbəyov xəsarət alıblar. Yaralılar 5 saylı xəstəxanaya və Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Hər iki xəstəxanadan APA-ya yaralıların vəziyyətinin normal olduğu bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR