Gəncədə yanğın baş verib
19 dekabr 2006 11:29 (UTC +04:00)
Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 244 saylı ünvanda yerləşən həyət evində yanğın baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, evin tavanının alışması nəticəsində başlanan yanğın Gəncə şəhər Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin briqadalarının səyi nəticəsində söndürülüb. Yanğının söndürülməsinə və alovun qonşu evlərə keçməsinin qarşısını almağa iki yanğınsöndürən maşın və texniki heyət cəlb olunub. Hadisə zamanı xəsarət alan yoxdur. Faktla bağlı Gəncə şəhər Dövlət Yanğın Təhlükəsizlik Xidmətində araşdırma aparılır. Hadisə baş verən ərazinin sakinləri APA-nın Qərb bürosuna yanğının divar sobasının bacasının həddindən artıq isinməsi nəticəsində baş verdiyini deyiblər. /APA/
Hadisə
Salyanda 2 yaşlı uşaq binadan yıxılaraq ölüb
23:44
3 iyun 2024
Bakıda ana və qızını avtomobil vurub, vəziyyətləri ağırdır
23:29
3 iyun 2024
“Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 5 əməkdaşı qazdan zəhərlənərək ölüb, Baş Prokurorluq araşdırma aparır - YENİLƏNİB 1 - FOTO
20:33
3 iyun 2024
Masazırda yanğın olub
18:40
3 iyun 2024