Bank Of Baku

Füzulinin Böyük Bəhmənli kəndində müharibə dövründə dağıdılmış klub binası bərpa edilir

Füzulinin Böyük Bəhmənli kəndində müharibə dövründə dağıdılmış klub binası bərpa edilir
# 10 yanvar 2007 09:59 (UTC +04:00)
Füzuli rayonunun Böyük Bəhmənli kəndində müharibə dövründə dağıdılmış klub binası bərpa edilir. APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər Mədəniyyət Evi kimi fəaliyyət göstərmiş bina 1956-cı ildə inşa olunub. 1993-cü ilin avqustundan 1994-cü ilin yanvarına qədər kəndi işğal altında saxlayan ermənilər mədəniyyət müəssisəsini yandırıblar. Füzuli rayon İcra Hakimiyyətinin Mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədov bildirib ki, təmir başa çatdıqdan sonra klub müasir avadanlıqlarla təchiz olunacaq. Təmir-bərpa işləri Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR