Bank Of Baku

İki uşaq anası özünü öldürüb

İki uşaq anası özünü öldürüb
# 10 yanvar 2007 10:05 (UTC +04:00)
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 10, mənzil 10-da yaşayan iki uşaq anası sirkə turşusu içərək intihar edib. Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1963-cü il təvəllüdlü Gülayət Kazımova ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin toksikoloji şöbəsinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin versiyaya görə, mərhumun intiharına səbəb cavan qardaşlarının rəhmətə getməsi olub. Prokurorluqdan bildirilib ki, mərhumun ölümündən qabaq yazdığı məktubu tapılıb. Məktubunda bu hərəkətinə görə uşaqlarından üzr istəyən G.Kazımova ölümündə heç kimin günahı olmadığını, qardaşlarının vaxtsız ölümünə dözə bilmədiyini qeyd edib. Araşdırma zamanı məlum olub ki, G.Kazımovanın Odessada yaşayan Eyvaz adlı qardaşı Yeni İl bayramı münasibətilə doğmalarına baş çəkməyə gələrkən dekabrın 27-də yolda ürək çatışmazlığından vəfat edib. G.Kazımovanın digər qardaşı isə bir müddət əvvəl dünyasını dəyişib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR