Bank Of Baku

Azərbaycan Yolu Siyasi Hərəkatının sədri İlqar Qasımov yol qəzasına düşərək ağır yaralanıb

Azərbaycan Yolu Siyasi Hərəkatının sədri İlqar Qasımov yol qəzasına düşərək ağır yaralanıb
# 10 yanvar 2007 10:07 (UTC +04:00)
AYSH-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə İ. Qasımovun GUAM üzvü ölkələrində fəaliyyət göstərən bir neçə siyasi təşkilatın yaratdığı Koordinasiya Şurasının sədri kimi qurumun Kiyevdə təmsil olunan siyasi təşkilatlarının üzvləri ilə görüşə gedərkən baş verib. Olay İ. Qasımovun Kişinyovda keçirdiyi mətbuat konfransından bir neçə saat sonra törədilib. İri tonnajlı sement daşıyan “KAMAZ” markalı yük avtomobili İlqar Qasımov və Ukraynanın Odessa vilayətinin qanunverici orqanının sədr müavininin olduğu “755-99 OK” dövlət nömrə nişanlı “AUDİ” markalı avtomobili arxadan vurub. Zərbə nəticəsində “AUDİ” maşını yoldan çıxaraq ağaca dəyib. İlqar Qasımov və maşında olan digər şəxslər müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Dubassarı şəhər xəstəxanasına yerləşdiriliblər. Ağır bədən xəsarəti almış İ. Qasımovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. İlqar Qasımov bu gün Dubassarı şəhər xəstəxanadan Moskva şəhər xəstəxanalarından birinə köçürüləcək. Faktla bağlı Moldavanın hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR