Bank Of Baku

Ekipaj üzvləri sərxoş olduğuna görə Norveçdə saxlanmış təyyarənin Bakıya neft avadanlıqları gətirməsi barədə məlumatlar həqiqətə uyğun deyil

Ekipaj üzvləri sərxoş olduğuna görə Norveçdə saxlanmış təyyarənin Bakıya neft avadanlıqları gətirməsi barədə məlumatlar həqiqətə uyğun deyil
# 10 yanvar 2007 10:09 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında “Azərbaycan Hava Yolları” Dövlət Konserninin vətəndaşların təklif, ərizə və şikayətləri şöbəsinin rəisi Məhərrəm Səfərli məlumat verib. M.Səfərli bildirib ki, həmin təyyarənin Bakı ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, yayılan məlumatlarda ukraynalı ekipajların içkili vəziyyətdə olması səbəbindən neft avadanlıqlarını Bakıya gətirməli olan təyyarənin Flesland aeroportunda saxlanıldığı bildirilirdi. Ukraynalı pilotların 3-nə qarşı isə artıq 4 həftəlik ilk həbs qərarı çıxarılıb. Pilotları 2 ilə qədər həbs və ya 70 min dollar məbləğində cərimə oluna bilər. Həbs olunanlar - ekipajın komandiri, ikinci pilot və şturmandır, saxlanılan digər 4 nəfər isə məhkəmənin qərarını mehmanxanada gözləyir.
Bu gün Kiyev vaxtı ilə saat 13.00-da Ukraynanın Nəqliyyat və Rabitə Nazirliyində insidentlə bağlı brifinq olacaq. Brifinqi Dövlət Aviasiya Administrasiyası sədrinin birinci müavini Aleksandr Lisnyak, Aviasiyada Təhlükəsizliyin Təmin Olunmasına Nəzarət Dövlət Xidmətinin aviasiya təbabəti şöbəsinin rəisi Aleksandr Savçenko keçirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR