Bank Of Baku

Şuşa rayon sakini ehtiyatsızlıq üzündən qardaşını öldürüb

Şuşa rayon sakini ehtiyatsızlıq üzündən qardaşını öldürüb
# 10 yanvar 2007 10:10 (UTC +04:00)
Ötən gün günorta saatlarında Ağcabədi rayonu ərazisində məskunlaşmış Şuşa rayon sakini, 1985-ci il təvəllüdlü Hümbətov Güloğlan İbrahim oğlu yaşadığı evin qarşısında ov tüfəngindən atəş açaraq özündən iki yaş kiçik qardaşını yaralayıb. Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı, 19 yaşlı Təvəkkül Hümbətovun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, güllə mərhumun sağ ayağının bud nahiyəsində arterial damarı sıradan çıxarıb. Yaralı müalicə müəssisəsinə çatdırılana qədər çoxlu qan itirib və bu səbəbdən də göstərilən tibbi yardımlar nəticəsiz qalıb. Ağcabədi rayon Prokurorluğunun baş müstəntiqi Gürşad Qasımov APA-ya bildirib ki, T. Hümbətov həyətdə odun doğrayarkən qardaşının əlindəki ov tüfəngindən ehtiyatsızlıq üzündən açılan atəş nəticəsində yaralanaraq dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR