Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ermənilərin əsir götürdüyü Azərbaycan hərbçisi Eldəniz Nuriyevə növbəti dəfə baş çəkiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ermənilərin əsir götürdüyü Azərbaycan hərbçisi Eldəniz Nuriyevə növbəti dəfə baş çəkiblər
# 10 yanvar 2007 10:10 (UTC +04:00)
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnaz Quliyeva məlumat verib. Qurumun əməkdaşları əsirin ailəsinə yazdığı məktubu ondan alıblar. Məktub bu gün hərbçinin ailəsinə çatdırılmalıdır. Qurumun Azərbaycan nümayəndəliyinin əməkdaşları ermənilərin ötən il dekabrın 24-də əsir götürdüyü Azərbaycan əsgəri Samir Nazim oğlu Məmmədovun ailəsinə yazdığı ilk məktubu isə dünən ünvanına çatdırıblar. BQXK-nın əməkdaşları əsirlərin saxlanma şəraiti, fiziki-psixoloji vəziyyəti ilə bağlı monitorinq aparıblar.
Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S.Məmmədov hərbi xidmətə 1 il əvvəl Bərdə Hərbi Komissarlığından çağırılıb. S.Məmmədov dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, neytral zonada Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. 1976-cı il təvəllüdlü E.Nuriyev isə 2005-ci ilin iyulunda Ağsu rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, cəbhənin cənub istiqamətində, Füzuli rayonu ərazisində 2006-cı il dekabrın 31-də əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin azaraq əsir düşdüyünü açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR