Bank Of Baku

2006-cı ildə Azərbaycan ərazisində 11 mina hadisəsi baş verib, partlayışlar nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb

2006-cı ildə Azərbaycan ərazisində 11 mina hadisəsi baş verib, partlayışlar nəticəsində 2 nəfər həlak olub, 15 nəfər yaralanıb
# 10 yanvar 2007 10:50 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. İl ərzində Minadan Zərərçəkənlərə Yardım Proqramı çərçivəsində ölkənin ayrı-ayrı minadan zərərçəkənləri və əlilləri Abşeron rayonu ərazisindəki kurort-sanatoriyalarında müalicə olunublar. Daha ciddi zədə almış əlillərə Agentliyin işçilərinin topladığı vəsaitlə əlil arabaları alınıb, onlar evdə müalicə almaları üçün dərmanla təmin edilib, bəzilərinin isə üzərində cərrahiyyə əməliyyatlarının aparılması üçün şərait yaradılıb. Ötən il ANAMA minadan zərər çəkmiş şəxslərə yardım üzrə bir neçə qeyri-hökumət təşkilatı ilə layihələr imzalayıb. İl ərzində prezidentin işsizliyin aradan qaldırılması haqqında sərəncamına uyğun olaraq, ayrı-ayrı bölgələrdə (Füzuli, Ağcabədi, Tərtər və Ağstafa rayonlarında) daha 104 nəfər işlə təmin olunub. Məlumatda bildirilir ki, Agentlik fəaliyyətə başlayandan indiyədək 42000000 kvadrat metr sahəni təmizləyib, 98,127 ədəd sursat zərərsizləşdirilib. Bu əməliyyatlarda qurumun 360 təlim keçmiş minatəmizləmə heyəti, 32 minaaxtaran it və 4 mexaniki minatəmizləmə maşını iştirak edib.
2006-cı ildə isə 20000000 kvadrat metr ərazi təmizlənib, 86,423 ədəd sursat zərərsizləşdirilib. Ərazilərin təmizlənməsi əməliyyatları əsasən, Füzuli, Ağcabədi, Tərtər və Ağstafa rayonlarının təsərrüfata yararlı sahələrində aparılıb. Bəzi rayonlarda şəxsi həyətyanı sahələr və məktəbin həyətyanı və ətraf sahələrində də təmizləmə işləri görülüb. Azərbaycan hökumətinin NATO ilə birgə əməkdaşlığı sayəsində Ağstafa rayonunun Saloğlu kəndi ərazisinin mərmi və sursatlardan təmizlənməsi prosesi davam etdirilir. Agentlik təlim keçmiş minaaxtaranların, xüsusi minaaxtaran itlərin və mexaniki mina təmizləmə maşınların köməyi ilə 2006-cı ildə 4000000 kvadrat metr çirklənmiş ərazini təmizləyib, qaçqın və məcburi köçkünlər üçün tikilməsi planlaşdırılan şəhərciklərin salınmasına ayrılmış ərazilərin təmizlənməsi işlərini tamamlayıb. Bunun üçün 2006-cı ildə əlavə olaraq Xorvatiya istehsalı olan 1 ədəd MV-4 markalı mexaniki minatəmizləmə maşın və 8 təlim keçmiş minaaxtaran it alınaraq Azərbaycana gətirilib. Əlavə olaraq Slovakiyadan 1 ədəd BOZENA-4 mexaniki maşını alınıb. Maşın bu ilin birinci rübündə ölkəyə gətiriləcək.
Agentlik ötən ildə də ölkənin mina təhlükəsi ilə üzləşmiş cəbhə xətti və sərhədyanı rayonlarında minalanmış sahələrə girişi qadağan edən işarələr, iri lövhələr quraşdırıb, əhaliyə mina təhlükəsini izah etmək üçün maarifləndirmə işləri həyata keçirib. 2005-ci ildə ANAMA Təhsil Nazirliyi və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ilə birlikdə 13 rayonda və Naxçıvanın 6 rayonunda Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) təlimləri keçirib. Həmin təlimlərə 675 müəllim cəlb olunub. 2006-cı ildə də belə təlimlər aparılmış 7 rayonda 200 müəllim maarifləndirilib, 9850 dərs vəsaiti, 1020 ədəd müəllimlər üçün təlim vəsaiti, 20000 ədəd mina təhlükəsini əks etdirən işarələrlə rəsmiləşdirilmiş şagird dəftəri hazırlanaraq həmin rayonların maarif şöbələrinə verilib. Əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə minalanmış ərazilərə daxil olmamaq məqsədi ilə iri bilbordlar hazırlanaraq təhlükəli ərazilərin kənarlarında basdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR