Bank Of Baku

İndiyədək 202 uşaq internatlardan ailələrə verilib

İndiyədək 202 uşaq internatlardan ailələrə verilib
# 10 yanvar 2007 10:57 (UTC +04:00)
Təhsil Nazirliyində prezidentin ötən ilin martında təsdiqlədiyi “Azərbaycan Respublikasının dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası ilə əlaqədar yaradılan Koordinasiya Şurasının iclası keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov iclasda bildirib ki, hazırda nazirliyin tabeliyində 56, Səhiyyə Nazirliyinin tabeliyində 3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2 internat tipli müəssisə fəaliyyət göstərir. Onun sözlərinə görə, bu müəssisələrdə 3500 nəfər pedaqoji işçi və köməkçi personal çalışır, 21 minə yaxın uşaq tərbiyə alır: “Müəssisələrin imkanı nə qədər yaxşı olsa da, buradakı şərait uşaqların sağlamlığına və onların cəmiyyətə inteqrasiyasına mənfi təsir göstərir. De-institusionalizasiya uşaqların qapalı deyil, daha qayğıkeş mühitdə yaşaması deməkdir. Bu siyasətin əsas məqsədi müəssisələrdə uşaqların sayının azaldılması və onların ailələrə qaytarılmasıdır”. Nazir bildirib ki, proqramın icrası ilə əlaqədar indiyədək 202 uşaq internatlardan ailələrə verilib və bu, yaxşı göstəricidir. Koordinasiyası Şurasının sədri, təhsil nazirinin müavini İradə Hüseynova isə deyib ki, şuranın 2007-ci il üçün fəaliyyət planı müəyyən təkliflər nəzərə alınmaqla hazırlanıb. Bu plana görə, internat məktəblərində monitorinqlər keçirilməli, uşaqların ailələrə verilməsi və əvəzləyici ailələrin axtarılması mexanizmi yaradılmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR