Bank Of Baku

Azərbaycanda çörəyin qiyməti 50% bahalaşıb

Azərbaycanda çörəyin qiyməti 50% bahalaşıb
# 10 yanvar 2007 11:36 (UTC +04:00)
İstehsalçılar qiymət artımının davam edəcəyini də istisna etmir.
Gəncədə un və un məmulatları istehsalı ilə məşğul olan “Fatoğlu” şirkətinin mühasibatlığından APA-ya şirkətin qiymətlərə enerji daşıyıcılarının qiymətinin artımından sonra dəyişiklik etdiyini bildirilib. Belə ki, dünəndən etibarən şirkət 50 kq-lıq un kisələri üçün topdansatış qiymətini 20 qəpik bahalaşdırılaraq 7 manat 20 qəpik müəyyənləşdirilib. Şirkətdən bildirilib ki, qiymətin 20 qəpik bahalaşması elektrik enerjisi tarifinin artımı ilə bağlıdır. Dəmir yolunda daşıma xərclərinin artacağı təqdirdə isə “Fatoğulları” şirkəti qiymətlərə bir daha baxa bilər.
Bakıda fəaliyyət göstərən “Karat” və “Zəngəzur” şirkətlərinin rəsmiləri isə qiymət artımı ilə bağlı son rəqəmləri açıqlamayıblar. Gəncədə un və un məhsulların istehsalı ilə məşğul olan “Neon” şirkətinin direktoru Arif Həsənov APA-ya bu gündən etibarən satışa buraxılan 550 qramlıq çörəyin satış məntəqələrinə 14 qəpiyə deyil, 20 qəpiyə paylanacağını bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev isə APA-ya açıqlamasında yanacağın qiymətinin bahalaşması səbəbindən çörəyin bahalaşmasını təbii sayır. Bununla belə o, strateji məhsul sayılan çörəyin qiymətinin bahalaşmasına hökumətin imkan verməyəcəyini bildirib: “Düzdür, çörəyin qiymətini istehsalçı şirkətlər özləri müəyyənləşdirir. Bu, un istehsalı ilə məşğul olan firmaların öz oyunlarıdır. Azərbaycanda taxıl problemi yoxdur. Ölkənin taxıla illik tələbatı 1,5 mln. Ton təşkil edir. Ötən il tələbatın 90%-i yerli istehsal hesabına ödənilib. Çatışmayan 300 min ton isə artıqlaması ilə idxal olunmuş 800 min ton taxıl hesabına əvəzləşdirilib. Bu da qiymət artımının baş verməməsi üçün edilib”.
S.Vəliyev həmçinin qeyd edib ki, 2006-cı ildə havaların pis keçməsi ilə əlaqədar taxıl sahələri 17 min hektar, istehsal isə 40 min ton azalaraq 2 mln. 78 min tona enib.
Qeyd edək ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli APA-ya açıqlamasında bildirib ki, çörəyin qiyməti şirkətlərin özləri tərəfindən müəyyən edilir: “Bazar liberallaşdığından hökumət buna qarışa bilmir. Bununla belə, qiymət artımı katastrofik həddə çatarsa hökumət məsələyə müdaxilə edə bilər. Qiymətin artması isə təbiidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR