Bank Of Baku

Lənkəran Narkoloji Dispanserində 920 narkoman qeydiyyatdadır

Lənkəran Narkoloji Dispanserində 920 narkoman qeydiyyatdadır
# 10 yanvar 2007 11:49 (UTC +04:00)
2006-cı ildə Lənkəran şəhər Narkoloji Dispanserində 67 narkoman qeydiyyata alınıb. Bu, 2005-ci illə müqayisədə 23 nəfər azdır. Bu barədə APA-nın Cənub bürosuna dispanserin baş həkimi Vüqar Əliyev məlumat verib. Onun sözlərinə görə, ümumilikdə dispanserdə qeydiyyatda olan narkomanların sayı 920 nəfərdir. Hazırda onlardan yalnız 4-ü xəstəxana şəraitində müalicə kursu keçir. Baş həkim bildirib ki, xəstələrin gündəlik ərzaq məhsulları və lazımi dərman preparatları ilə təchizatı qənaətbəxşdir. V. Əliyev rayonda narkomanların real sayının statistikadan çox olduğunu da istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR