Bank Of Baku

İnsan alveri ilə məşğul olan daha bir Azərbaycan vətəndaşı həbs edilib

İnsan alveri ilə məşğul olan daha bir Azərbaycan vətəndaşı həbs edilib
# 10 yanvar 2007 11:57 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları insan alveri ilə məşğul olan Azərbaycan vətəndaşını həbs ediblər. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Keçirilən əməliyyatla Bakı şəhər sakini Süleyman Süleymanovun insan alveri ilə məşğul olduğu, gəlir əldə etmək məqsədilə bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə göndərdiyi və onları cinsi istismara məruz qoyduğu müəyyənləşdirilib. S. Süleymanov həbs olunub, fakta dair cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR