Bank Of Baku

2006-cı ildə Gəncədə “109 məlumat xidməti”nə zəng edənlərin 70 faizi qaz istismar idarəsinin nömrəsini soruşub

2006-cı ildə Gəncədə “109 məlumat xidməti”nə zəng edənlərin 70 faizi qaz istismar idarəsinin nömrəsini soruşub
# 10 yanvar 2007 12:15 (UTC +04:00)
2006-cı ildə Gəncə şəhər telekommunikasiya idarəsinin “109” saylı məlumat xidmətinə zəng edən hər 10 nəfərdən yeddisi Gəncə şəhər Qas İstismar İdarəsinin nömrəsini soruşub. Bu barədə APA-nın Qərb bürosuna idarənin “109 məlumat xidməti” şöbəsinin müdiri İntizar Əliyeva məlumat verib. Onun sözlərinə görə, 2006-cı ildə sözügedən xidmət sahəsinə müraciət edən abonentlərin əksəriyyəti daha çox Qaz İstismar İdarəsinin sayğac quraşdırma və abonent şöbələrinin nömrələrini soruşublar. Qeyd edək ki, “109 məlumat xidməti” şöbəsinə müraciət edənlərin sayını hesablayan sayğac işləmədiyindən 2006-cı ildə bu xidmətdən istifadə edənlərin sayını dəqiq bilinmir. “109 məlumat xidməti” şöbəsində 1989-cu ildən quraşdırılmış sayğaclar artıq sıradan çıxıb. 2007/2008-ci illərdə bu sistemin yenidən bərpa edilməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR