Bank Of Baku

Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan azərbaycanlıların problemlərinin öyrənilməsi və həll edilməsi üzrə Dövlət Komissiyasının iclası keçirilib

Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan azərbaycanlıların problemlərinin öyrənilməsi və həll edilməsi üzrə Dövlət Komissiyasının iclası keçirilib
# 10 yanvar 2007 13:01 (UTC +04:00)
Rusiya Federasiyasında ticarət fəaliyyəti ilə məşğul olan azərbaycanlıların problemlərinin öyrənilməsi və həll edilməsi üzrə Dövlət Komissiyasının iclası keçirilib. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin birinci ərazi dairəsinin rəisi Şakir Səlimov məlumat verib. Onun sözlərinə görə, Dövlət Komissiyasının sədri, baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi iclasda Rusiyada “Miqrasiya haqqında” qanunun tətbiqi ilə əlaqədar yaranmış mövcud vəziyyət müzakirə olunub. Ş. Səlimov bildirib ki, hələlik azərbaycanlıların Rusiyadan kütləvi şəkildə deportasiyası baş verməyib. Dövlət komitəsinin nümayəndəsi dünən Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) iki əməkdaşının soydaşlarımızın xarici pasportlarla təmin edilməsi üçün Moskvaya ezam edildiyini deyib. Onun sözlərinə görə, DİN-in daha iki əməkdaşı eyni məqsədlə yanvarın 12-də Sankt-Peterbruqa ezam ediləcək. Ş. Səlimov soydaşlarımızın xarici pasportlarla təmin edilməsini sürətləndirmək üçün Rusiyanın digər bölgələrinə də DİN əməkdaşlarının göndəriləcəyini bildirib. Dövlət komitəsinin təmsilçisi, həmçinin yanvarın 15-ə kimi soydaşlarımızın problemlərinin araşdırılması məqsədi ilə Rusiyaya daha bir nümayəndə heyətinin göndəriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR