Bank Of Baku

Məcburi köçkünlər yataqxanaların özəlləşdirilməsində iştirak edə bilməzlər

Məcburi köçkünlər yataqxanaların özəlləşdirilməsində iştirak edə bilməzlər
# 10 yanvar 2007 13:11 (UTC +04:00)
“Yataqxanaların özəlləşdirilməsinə icazə verilir. Amma bir şərtlə ki, məcburi köçkünlər və aztəminatlı insanlar bundan əziyyət çəkməsin, insanlar yataqxanalardan qovulmasın. Özəlləşdirmə üçün o adamlara imkan veriləcək ki, onlar faktiki orada yaşayırlar”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli deyib. O bildirib ki, yataqxanalarda yaşayan məcburi köçkünlər burada müvəqqəti məskunlaşdıqlarından özəlləşdirmədə iştirak edə bilməzlər. H. Rəcəblinin sözlərinə görə, Sosial siyasət daimi komissiyası növbəti sessiya dövründə Ailə və Əmək məcəllələrinin monitorinqini aparacaq. Bundan əlavə, “Penitensiar sistemdən azad olmuş insanların sosial adaptasiyası haqqında” qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq: “Həbsxanalardan çıxan insanların 30 faizi yenidən ora qayıdır. Bu qanunun əsas məqsədi odur ki, həbsxanalardan çıxan insanlar cəmiyyətə qayıda bilsinlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR