Bank Of Baku

Tələbələr MAU-nun binası qarşısında piket keçiriblər

Tələbələr MAU-nun binası qarşısında piket keçiriblər
# 10 yanvar 2007 14:00 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) digər ali məktəblərə köçürülməyən tələbələri bu gün universitetin rektorluğu qarşısında aksiya keçiriblər. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədri Vüqar Süleymanovun APA-ya verdiyi məlumata görə, onlar rektorluqda heç kimi tapa bilməyiblər. Yarım saatdan artıq davam edən aksiya nəticə vermədiyi üçün piket dayandırılıb. Aksiyadan sonra Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib və bundan sonra atılacaq addımlar müzakirə olunub. Növbəti məhkəmə iclasının yanvarın 12-də keçiriləcəyini nəzərə alan tələbələr həmin vaxta kimi hər hansı qərar qəbul etməməyi məqsədəuyğun sayıblar: “Məhkəmənin qərarından asılı olaraq biz atacağımız addımları müəyyənləşdirəcəyik. Hüquqlarımız bərpa olunmasa, etiraz tədbirlərimizi davam etdirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR