Bank Of Baku

Azərbaycan zabiti Ramil Səfərovun ailəsinin nümayəndəsi, vəkil İkram Şirinov yanvarın 15-də Macarıstana gedəcək

Azərbaycan zabiti Ramil Səfərovun ailəsinin nümayəndəsi, vəkil İkram Şirinov yanvarın 15-də Macarıstana gedəcək
# 10 yanvar 2007 14:09 (UTC +04:00)
Erməni zabitini qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərov barəsində Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesinin fevralın 22-də başlayacağı barədə zabitin ailəsinin məhkəmədəki nümayəndəsi rəsmi məhkəmə bildirişi alıb. Bu barədə APA-ya açıqlamasında vəkil İkram Şirinov məlumat verib. Vəkil bildirib ki, yanvarın 15-də Macarıstana səfər edəcək. Yanvarın 20-dək davam edəcək səfər müddətində vəkil Macarıstanın Apellyasiya Məhkəməsində işlərə baxılma qaydası ilə tanış olacaq, məhkəməyə hazırlıq məsələlərinin müzakirəsi üçün R.Səfərovun macar vəkili və zabitin özü ilə görüşəcək. Həmçinin Macarıstanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) ilə də görüş nəzərdə tutulub. İ.Şirinovun sözlərinə görə, apellyasiya baxışında R.Səfərov barəsində məhkəmə hökmünün dəyişdirilməsinə əsas ola biləcək yeni sübutlar əldə olunub. Lakin vəkil R.Səfərovun maraqları naminə həmin sübutları açıqlamağı məqsədə müvafiq hesab etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR