Bank Of Baku

Gəncədə 3 poçt şöbəsinin tikintisinə başlanacaq

Gəncədə 3 poçt şöbəsinin tikintisinə başlanacaq
# 10 yanvar 2007 14:50 (UTC +04:00)
Yanvar ayında Gəncə şəhərində 3 poçt şöbəsinin tikintisinə başlanacaq. Bu barədə APA-nın Qərb bürosuna Gəncə Poçtamtının rəisi Hüseyn Vəliyev məlumat verib. Onun sözlərinə görə, 8 və 24 saylı poçt şöbələri üçün yeni binanın tikintisi üçün sərəncam verilib: “Binaların tikintisi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişik. Yəqin yaxın günlərdə vəsait ayrılacaq və tikinti başlanacaq”. Poçtamtın rəisi bildirib ki, hələlik digər 17 şöbənin icarəyə götürülmüş əvvəlki yerlərdə qalmasına razılıq verilib. Yalnız mərkəzdə 3 saylı poçt şöbəsinin yerləşdiyi binanın sahibi binanın təcili boşaldılması barədə məktub göndərib. Lakin məsələ hələ mübahisəli olaraq qalır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR