Bank Of Baku

Qəzetlərinin satış qiymətini qaldırmaq niyyətində olan baş redaktorların sayı 12-yə çatıb

Qəzetlərinin satış qiymətini qaldırmaq niyyətində olan baş redaktorların sayı 12-yə çatıb
# 10 yanvar 2007 14:59 (UTC +04:00)
Qəzetlərinin satış qiymətini qaldırmaq niyyətində olan baş redaktorların sayı 12-yə çatıb. Bu barədə APA-ya “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov məlumat verib. Onun sözlərinə görə, bu gün daha bir neçə qəzetin baş redaktoru qiymətlərin qaldırılması təklifinə qoşulduğunu bildirib. Hələlik həmin qəzetlərin adını açıqlamağı məqsədəuyğun saymayan A.Əhmədov növbəti həftənin ilk günü yekun qərar veriləcəyini qeyd edib: “Yanvarın 15-dən hansı qəzetlərin qiymətinin qalxacağı dəqiqləşəcək. Hələlik qiymətin neçə olacağı barədə konkret fikir yoxdur. Qiymətlərin 30-40 qəpiyə qaldırılması təklifi gündəmdədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR