Bank Of Baku

Patamdar qəsəbəsindəki 236 saylı məktəbin əlavə korpusunun açılış mərasimi keçirilib

Patamdar qəsəbəsindəki 236 saylı məktəbin əlavə korpusunun  açılış  mərasimi  keçirilib
# 10 yanvar 2007 15:01 (UTC +04:00)
Bakının Səbail rayonunun Patamdar qəsəbəsindəki 236 saylı məktəbin əlavə korpusunun açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, yeni tikilən bina 640 şagird yerlikdir. Son illər ölkəmizdə məktəb tikintisi sahəsində yeniliklərdən danışan nazir hazırda bu istiqamətdə ciddi işlər aparıldığını qeyd edib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov və məktəbin direktoru Xanlar İmaməliyevin çıxışlarından sonra tədbir iştirakçıları məktəbin yeni sinifləri ilə tanış olublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR