Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanda 5 layihə həyata keçirəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycanda 5 layihə həyata keçirəcək
# 10 yanvar 2007 15:12 (UTC +04:00)
Bu il Azərbaycanda Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə 5 layihə həyata keçiriləcək. Həmin layihələr beynəlxalq agentliyin baş ofisində təsdiqlənib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib. A. Qəribov bildirib ki, layihələr əsasən radiasiya təhlükəsizliyi ilə bağlıdır. Onun sözlərinə görə, fevralın 19-21-də Avstriyada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Azərbaycanla bağlı toplantısı keçiriləcək. Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi və Radiasiya Problemləri İnstitutu nümayəndələrinin iştirak edəcəyi toplantıda layihələrin perspektivləri müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR