Bank Of Baku

Naxçıvanda TQDK sədri Məleykə Abbaszadənin iştirakı ilə müşavirə keçirilib

Naxçıvanda TQDK sədri Məleykə Abbaszadənin iştirakı ilə müşavirə keçirilib
# 12 yanvar 2007 15:41 (UTC +04:00)
Yanvarın 11-də Naxçıvan şəhər İcra Hakimiyyətinin binasında Muxtar Respublika təhsil şöbələrinin müdirlərinin, məktəb direktorlarının və müəllimlərin iştirakı ilə 2006-cı ildə tələbə qəbulunun nəticələrinə həsr olunmuş müşavirə keçirilib. APA-nın Naxçıvan bürosunun xəbərinə görə, müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev məruzə ilə çıxış edərək təhsil sahəsində görülən işlərdən danışıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə isə Muxtar Respublikanın təhsil ocaqlarını bitirərək ali məktəblərə sənəd vermiş gənclərin qəbul imtahanlarında göstərdikləri nəticələrin təhlilinə dair məlumat verib. Komissiya sədri bildirib ki, Naxçıvan şəhər və Babək rayon məktəblərinin məzunları riyaziyyat fənnindən, Şərur rayonundan olan abituriyentlər tarix fənnindən, Ordubaddan olan abituriyentlər Azərbaycan dili və ədəbiyyat fənlərindən, Şahbuz məktəblərini bitirənlər isə ingilis dili fənnindən ölkə üzrə orta göstəricilərə uyğun nəticə nümayiş etdiriblər. Kəngərli rayon orta məktəblərinin məzunlarının bilik səviyyəsi orta göstəricilərdən aşağı olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR