Bank Of Baku

Bir ailənin beş üzvü dəm qazından boğulub

Bir ailənin beş üzvü dəm qazından boğulub
# 15 yanvar 2007 10:04 (UTC +04:00)
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan bir ailənin beş üzvü dəm qazından boğulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hadisə ailənin yaşadığı mənzildə olub. Nəticədə dəm qazından boğulmuş qəsəbə sakinləri Fəzail Əhmədov və Cahan Əliyeva evdə keçiniblər, Minayə Əhmədova, Qurban Əhmədov və Hüzrət Əhmədova isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR