Bank Of Baku

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında elm və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında elm və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
# 15 yanvar 2007 10:52 (UTC +04:00)
Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının ali təhsil naziri Xalid Məhəmməd Əl-Ənqari Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşüb. APA-nın məlumatına görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın perspektivlərindən danışan M. Mərdanov bildirib ki, min ildən artıqdır Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi, mədəni və elmi əlaqələr mövcuddur. Onun sözlərinə görə, SSRİ dövründə də Azərbaycan bu əlaqələrin saxlanmasına nail olub, müstəqillik bərpa olunduqdan sonra isə əməkdaşlığın yeni mərhələsi başlanıb. Azərbaycanın təhsil sistemində aparılan islahatlara diqqət çəkən M. Mərdanov deyib ki, Səudiyyə Ərəbistanının qədim tarixə malik məşhur ali məktəbləri ilə Azərbaycanın universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün lazım olan bütün tədbirlər həyata keçiriləcək. Səudiyyə Ərəbistanı Krallığının ali təhsil naziri Xalid Məhəmməd Əl-Ənqari isə əlaqələrin sürətlə inkişaf edəcəyinə ümid bəslədiyini söyləyib. O, elmi tədqiqatlar sahəsində də əlaqələrin qurulmasına ehtiyac olduğunu vurğulayıb. Əl-Ənqari azərbaycanlı həmkarı M. Mərdanovu Səudiyyə Ərəbistanına rəsmi səfərə dəvət edib.
Çıxışlardan sonra nazirlər elm və təhsil sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR