Ötən il Azərbaycanda 15 min zəlzələ baş verib, bunlardan 6-cı hiss olunan təkandır
23 yanvar 2007 08:34 (UTC +04:00)
Bunlardan 548-i analiz edilib və zəlzələlərin mərkəzi episentrinin Azərbaycan ərazisində baş verdiyi müəyyənləşdirilib. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Arif Həsənov məlumat verib. A.Həsənov bildirib ki, 2006-cı ildə Azərbaycanda hiss olunan 6 təkan qeydə alınıb. Bu təkanlar yanvarın 30-da Pirqulu, fevralın 4-də Dəvəçi-Siyəzən, iyunun 4-də Zaqatala, iyunun 12-də Qobustan, sentyabrın 20-də Cəlilabad, dekabrın 2-də isə Lənkəran ərazisində baş verib. A.Həsənov bildirib ki, bu ilin yanvarında isə 2 hiss olunan zəlzələ faktı qeydə alınıb. Yanvarın 11-də Xaçmaz-Xudat, yanvarın 16-da isə Yardımlı-Lerik ərazilərində hiss olunan zəlzələlərdə dağıntı baş verməyib. /APA/
Hadisə
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
15:18
7 may 2024
Baş Prokurorluq Bakıda iaşə obyektində iki nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi barədə məlumat yayıb
14:57
7 may 2024
Bakının mərkəzində yol qəzası olub - FOTO
13:48
7 may 2024
Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib - YENİLƏNİB-1
12:59
7 may 2024