Prokurorlar və müstəntiqlər üçün “Çirkli pulların yuyulması cinayətlərinin istintaqı və məhkəmə təqibi” mövzusunda treninq-seminar keçirilib
23 yanvar 2007 09:21 (UTC +04:00)
Respublika Prokurorluğunun Tədris Mərkəzində prokurorlar və müstəntiqlər üçün “Çirkli pulların yuyulması cinayətlərinin istintaqı və məhkəmə təqibi” mövzusunda treninq-seminar keçirilib. APA-nın məlumatına görə, seminarı ABŞ-ın Azərbaycandakı səfirliyinin rezident hüquq müşaviri Kevin Feldis və ABŞ Ədliyyə Departamentinin prokuroru Frederik Reynolds aparıblar. K. Feldis bildirib ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror hadisəsinə qədər dünya dövlətləri çirkli pulların yuyulması və terrorçuluqla mübarizəyə elə də önəm vermirdilər. Bu hadisədən sonra isə məsələ dünya səviyyəsində aktuallaşıb. Qeyd olunan cinayətlərlə mübarizənin effektivliyinin artırılmasında beynəlxalq əməkdaşlığı vacib sayan amerikalı mütəxəssis deyib ki, çirkli pullar qanunsuz fəaliyyətdən əldə olunan gəlirdir. Onun sözlərinə görə, ABŞ-da çirkli pulların yuyulmasında dələduz hüquqşünaslar, korrupsiyaya qurşanmış mühasiblər iştirak edirlər və cinayətkarlar çirkli pulları ayrı-ayrı şəxslərin adına açdıqları bank hesablarına köçürülər: “ABŞ qanunvericiliyinə görə, kimsə birdəfəyə banka böyük məbləğdə pul qoya bilməz. Belə əməliyyatlar barədə mütləq hüquq-mühafizə orqanlarına xəbər verilir”. Seminarda maliyyə-kəşfiyyat qurumları, onların fəaliyyəti, cinayətlərin istintaqı ilə bağlı ABŞ təcrübəsi barədə geniş məlumat verilib, fikir mübadiləsi aparılıb. /APA/
Hadisə
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib
11:51
2 may 2024
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirib, avtomat götürülüb
11:35
2 may 2024
Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilib
10:42
2 may 2024
FHN: Ötən sutka 36 yanğına çıxış olub, 4 nəfər xilas edilib
10:34
2 may 2024