2006-cı ildə mina partlayışından 4 nəfər ölüb
23 yanvar 2007 12:54 (UTC +04:00)
“2006-cı ildə 20 minanın partlaması nəticəsində 4 nəfər həlak olub, 31 nəfər yaralanıb”. APA-nın məlumatına görə, Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Azərbaycan Kampaniyasının direktoru Hafiz Səfixanov bildirib ki, 2006-cı ildə baş verən hadisələr Bakının Şağan qəsəbəsində, Ağcabədi, Ağdam, Ağstafa, Gədəbəy, Tərtər, Goranboy, Qazax və Füzuli rayonları ərazisində qeydə alınıb. O, mina partlayışı nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 2 əməkdaşının da xəsarət aldığını deyib: “Zərərçəkənlərin 11-i mülki şəxslərdir ki, onlardan 2-si həlak olub. Baş verən hadisələr zamanı zərər çəkənlərin 24 nəfəri hərbçilərdir. Onlardan da 2 nəfəri ölüb”. /APA/
Hadisə
Naxçıvanın sabiq komitə sədrinin məhkəməsi başlayır
15:55
6 may 2024
Anasını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı tamamlanıb
15:53
6 may 2024
Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb
15:24
6 may 2024
Bakıda taksi sürücülərinə qarşı dələduzluq edilib, 3 min manatlıq motosiklet oğurlanıb - VİDEO
14:43
6 may 2024