Bakının bəzi orta məktəb direktorları vəzifələrindən çıxarıla bilər
23 yanvar 2007 13:26 (UTC +04:00)
Fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlara görə ötən ilin sonunda Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən töhmət və şiddətli töhmət alan orta məktəb direktorlarının işi qurumun nəzarəti altındadır. Bunu APA-ya idarənin rəis müavini Hüseyn Əsgərov deyib. Onun sözlərinə görə, həmin direktorlar nöqsanlarını aradan qaldırmasalar, müəyyən müddətdən sonra tutduqları vəzifədən azad ediləcəklər: “Ancaq vəzifədən azad edilmə problemin həlli deyil. Biz məktəb direktorlarını hökumətin göstərdiyi qayğının müqabilində işgüzarlığa dəvət edirik”. H. Bağırov bağçalarda apardıqları monitorinqi yekunlaşdırdıqdan sonra həmin təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirəcəklərini də söyləyib.
Xatırladaq ki, ötən ilin noyabrında fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlara görə Bakının 8 məktəb direktoru vəzifədən çıxarılıb. Paytaxtın 7 təhsil müəssisəsinin - Suraxanı rayonundakı 282, Xətai rayonundakı 88 və 260, Sabunçu rayonundakı 209, Qaradağ rayonundakı 222 və 288, Səbail rayonundakı 163 saylı məktəblərin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət, 3 məktəbin - Səbayel rayonundakı 162, Nərimanov rayonundakı 193, Əzizbəyov rayonundakı 235 nömrəli məktəblərin direktorlarına isə töhmət verilib. /APA/

Hadisə
Bakıda qəza törədən sürücü və yaxınları jurnalistlərə təzyiq göstəriblər - FOTO - VİDEO
03:15
5 may 2024
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
01:39
5 may 2024
Bakıda həkimə əri çoxsaylı bıçaq zərbəsi vurub
22:23
4 may 2024
Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - YENİLƏNİB
21:38
4 may 2024