Bank Of Baku

TQDK sədri Məleykə Abbaszadə: “Bu il qəbul imtahanlarının nəticələrində sensassiya baş verib”

TQDK sədri Məleykə Abbaszadə: “Bu il qəbul imtahanlarının nəticələrində sensassiya baş verib”
# 07 avqust 2007 11:04 (UTC +04:00)
APA-nın məlumatına görə, M. Abbaszadə nəticələrin avqustun 6-sı axşam saat 21.00-da açıqlanmağa başlandığını deyib. Onun sözlərinə görə, nəticələr açıqlanan ilk saniyədə sayta 7000 nəfər daxil olduğundan yüklənmə baş verib. Ancaq yarım saatdan sonra bu problem həllini tapıb, abituriyentlər internet və telefon vasitəsilə cavabları öyrənə biliblər. TQDK sədri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin göstərdiyi yardım sayəsində bu il abituriyentlərin “Abituriyent” jurnalından daha çox informasiya texnologiyalarının xidmətlərindən istifadə etdiyini də söyləyib.
O əlavə edib ki, bu il 27464 plan yerinə 24345 abituriyent daxil olub. Dövlət ali məktəblərinin ödənişsiz ixtisasları üzrə qəbul planı artıq 92,28%, ödənişli ixtisasları üzrə 92%, özəl ali məktəblərin 70% yeri dolub. Ümumilikdə bu il plan yerlərinin 91%-i yerinə yetirilib. Ali məktəblərdə vakant qalan yerlərin sayı isə 2300-dür.
M. Abbaszadə bildirib ki, bu il Azərbaycan Tibb Universitetinin, Bakı Slavyan Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, Rəssamlıq Akademiyasının, Naxçıvan Müəllimlər Akademiyasının plan yerləri 100% dolub. Özəl ali məktəblərdən isə Bakı Qızlar Universitetinin, Xəzər və Qərb universitetlərinin vakant yerləri az qalıb. M.Abbaszadə TQDK-nın fəaliyyəti dövründə ilk dəfə olaraq, bu il 700 bal toplayan abituriyentin olduğunu da söyləyib: “Bu il bir sensasiya da baş verib. 15 il ərzində heç bir abituriyent 700 baş toplamayıb. Bu il 3 nəfər 700 bal toplayıb. I qrup üzrə Abbasov Emin Məcnun oğlu Bakı Dövlət Universitetinin informatika ixtisasına qəbul olunub. II qrup üzrə Mustafayev Cavid 700 bal toplayıb. III qrup üzrə belə nəticə yoxdur. Bu qrupda Xəlilova Aytən 695 bal toplayıb. IV qrupda İsmayılbəyli Nərgiz Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasınsa qəbul olub”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR