Bank Of Baku

Xaçmazda özünü falçı kimi təqdim edən qadınlar mənzilləri qarət edir

Xaçmazda özünü falçı kimi təqdim edən qadınlar mənzilləri qarət edir
# 07 avqust 2007 12:54 (UTC +04:00)
İyulun 6-da Xaçmaz şəhərinin N. Nərimanov küçəsindəki 21 saylı binada oğurluq hadisəsi baş verib. Xaçmaz Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, hadisə saat 13:00 radələrində törədilib. Belə ki, təxminən 29-30 yaş arasında iki naməlum qadın özlərini falçı kimi təqdim edərək binadakı 19 nömrəli mənzilə daxil olub. Onlar burada yaşayan yeniyetmə Ülviyyə Xankişiyevadan evdəki zinət əşyalarını verməyi tələb edərək, həmin əşyaları Xaçmazdakı Murad baba adlı ziyarətgaha aparıb daşa sürtdükdən sonra qaytaracaqlarını vəd ediblər. Zinət əşyalarının verilməyəcəyi təqdirdə, Ülviyyənin ya atasının, ya da qardaşının öləcəyini söyləyiblər. “Falçılar”ın danışığından və müxtəlif psixoloji hərəkətlərindən vahiməyə düşən Ülviyyə evdəki zinət əşyalarını qadınlara verib. Qarətçilər Ülviyyədən dörd saat ərzində bu haqda danışmamağı, kiməsə məlumat veriləcəyi halda atasının və qardaşının öləcəyini deyiblər. Qadınlar zinət əşyalarını götürərək aradan çıxıblar. Həmin vaxt Ülviyyənin valideynləri evdə olmayıb, onun yanında yalnız qonşuluqda yaşayan gənc rəfiqəsi olub. Axşama yaxın qarətdən xəbər tutan valideynlər hadisə barədə polisi məlumatlandırıb. Faktla bağlı təhqiqat aparılır. Özlərini falçı kimi təqdim edən qadınların daha bir neçə vətəndaşı aldadaraq, mənzilləri eyni üsulla qarət etməsi barədə xəbərlər yayılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR