Bank Of Baku

“Barmek” işçiləri ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir

“Barmek” işçiləri ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir
# 07 avqust 2007 15:17 (UTC +04:00)
Bu gün günün ikinci yarısında Ağır Cinayətlərə Dair İşlə üzrə Məhkəmədə vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda pul vəsaitinin talan edilməsi, məhkəmə qərarlarının qərəzli olaraq icra edilməməsində ittiham olunan “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin prezidenti Hüseyn Arabul və şirkətin yüksək vəzifəli daha 6 əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu barədə APA-ya təqsirləndirilən şəxslərdən Çingiz Abdullayevin vəkili Vüqar Xasayev məlumat verib. Hakim Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı məhkəmə istintaqının yekunlaşdırılması ilə bağlı vəsatət qaldırıb. Təqsirləndirilən şəxslərdən Hüseyn Arabul, Ömər Günər İsmayıl, Mahir Novruzov buna etiraz ediblər. Bundan sonra təqsirləndirilən şəxslərdən Vəfa Ağayev ifadə verib. Proses sabah digər təqsirləndirilən şəxslərin ifadələri ilə davam etdiriləcək.
Qeyd edək ki, H. Arabul CM-in 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir və barəsində başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçilib. “Barmek”in digər əməkdaşları Ömər Günər İsmayıl, Vəfa Ağayev, Mahir Novruzov, Valeh Zeynalov, Çingiz Abdullayev və Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs və digər qətimkan tədbirləri seçilib. H. Arabul və vitse-prezident Ömər Günər İsmayıl zamindədirlər. Təqsirləndirilən Çingiz İbadovun barəsindəki cinayət işi isə ayrıca icraata götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR