Bank Of Baku

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Rusiyanın mədən şirkətlərini məhkəməyə verə bilər

Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Rusiyanın mədən şirkətlərini məhkəməyə verə bilər
# 08 avqust 2007 10:17 (UTC +04:00)
Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Rza Vəziri bildirib: “Hazırda biz işğal olunmuş ərazilərdə gedən prosesləri yaxından izləyirik. Əgər belə bir fakt aşkarlanarsa, müvafiq tədbirlər görəcəyik”.
Qeyd edək ki, avqustun 6-da Londonda rusiyalı iş adamı Sergey Generalova məxsus “GeoProMaining” şirkəti Ararat Qızılçıxarma Şirkətinin (AGRC) Hindistanın “Vedanta” Şirkətlər Qrupundan alınmasına dair müqavilə imzalayıb. Hazırda AGRC “Zod” yatağında qızıl istehsalı ilə məşğuldur və bu şirkətin adıçəkilən yatağın Kəlbəcər rayonuna düşən hissəsində istismar işləri apardığı bildirilir.
Ermənistan mətbuatının məlumatına görə, “Zod” qızıl yatağına Rusiyanın “Alrosa” şirkəti də maraq göstərir.
R.Vəzirinin sözlərinə görə, beynəlxalq qanunvericiliyə əsasən, heç bir şirkət Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl yataqlarında iş apara bilməz: “Hansı şirkət bu yataqlarda istismar işləri apararsa, biz o şirkəti məhkəməyə verəcəyik. Digər tərəfdən, sonu məhkəmə ilə nəticələnən belə proseslərə heç bir şirkət qarışmaz”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti müvafiq Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Azərbaycan hökuməti ilə mineral ehtiyatların istismarına dair 30 illik müqavilə bağlayan şirkətin səhmlərinin 51%-i Azərbaycan hökumətinə, 49%-i isə Böyük Britaniyanın “Anglo Asian Mining Plc.” şirkətinə məxsusdur. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-də, 1-i Gəncədə, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki “Zod”, Ağdərədəki “Qızılbulaq” və Zəngilandakı “Vəcnəli” yataqları). /APA-Economics/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR