Bank Of Baku

Dünən və bu gün 4 maşın aşıb, 4 nəfər ölüb

Dünən və bu gün 4 maşın aşıb, 4 nəfər ölüb
# 08 avqust 2007 10:30 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ rayonunun Şıxlar qəsəbəsində Salyan rayon sakini İslam Rzayev "Tofaş" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə İ.Rzayevin sərnişini, anası Çimnaz Rzayeva hadisə yerində ölmüş, özü və həyat yoldaşı Yaqut isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Yevlax rayonunun Salahlı kəndində, Mingəçevir şəhər sakini Ənvər Musayev isə "Opel" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə xəsarət almış Ə.Musayev və həyat yoldaşı Leyla xəstəxanaya yerləşdirilib. Ə.Musayev xəstəxanada keçinib.
Bu gün isə Yevlax rayonunun Tanrıqulular kəndində, Aran qəsəbə sakini Rəşad Məmmədov "Hyundai" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya çatdırılmış R.Məmmədovun sərnişini, qəsəbə sakini Namiq Sərkərov orada ölüb.
Xaçmaz rayonunun Ləcət kəndində isə bu gün Bakı şəhər sakini Samir Nəsibov "VAZ-21150" markalı avtomaşını aşırıb. Nəticədə xəsarət almış S.Nəsibov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı rayon polis idarələrində araşdırmalar başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR