Bank Of Baku

“Azpetrol”un keçmiş əməkdaşı: “62 yanacaqdoldurma məntəqəsindən 7-si lisenziyasız fəaliyyət göstərib”

“Azpetrol”un keçmiş əməkdaşı: “62 yanacaqdoldurma məntəqəsindən 7-si lisenziyasız fəaliyyət göstərib”
# 08 avqust 2007 11:14 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və təqsirləndirilən digər 17 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə İqtisadi İnkişaf Nazirliyində işləmiş Arzu Əliyev şahid qismində ifadə verib. Nizami küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış obyektinin özəlləşdirilməsi barədə ifadə verən şahid bildirib ki, özəlləşdirmə ilə bağlı göstərişləri Vəlixan Əliyev verib. “Azpetrol” Şirkətlər Qrupunun ətraf mühitin mühafizəsi, təhlükəsizliyi və keyfiyyət nəzarət departamentinin rəisi vəzifəsində çalışmış Vəli Fərzəliyev verdiyi şahid ifadəsində yanacaqdoldurma məntəqələrinin bir neçəsinin lisenziyasız fəaliyyət göstərdiyini deyib. Şirkətin texniki xidmət departamentinin rəisi Habil Məmmədov də bildirib ki, 62 yanacaqdoldurma məntəqəsindən 7-si lisenziyasız fəaliyyət göstərib. Şahid qismində ifadə verən şirkətin baş mühasibi Natiq Kərimov yoxlama zamanı maliyyə pozuntularının ortaya çıxması ilə bağlı tərtib olunan protokolla razılaşdığını söyləyib. Bundan sonra məhkəmədə fasilə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR