Bank Of Baku

Azərbaycanı Tələbələrin Ümumdünya Universiadasında təmsil edəcək idmançıların yarışlarının vaxtı müəyyənləşib

Azərbaycanı Tələbələrin Ümumdünya Universiadasında təmsil edəcək idmançıların yarışlarının vaxtı müəyyənləşib
# 08 avqust 2007 12:04 (UTC +04:00)
Bu gün Tailandın paytaxtı Banqkokda Tələbələrin XXIV Ümumdünya Universiadasının açılış mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanı dörd idman növündə 18 idmançı təmsil edir. İlk olaraq, mübarizəyə taekvondoçularımız başlayacaqlar. Sabah Təvəkkül Bayramov (84 kq) və Ramin Əzizov (+84 kq) tatami üzərinə çıxacaqlar. Ardınca Elvin Məmmədov (72 kq), Arzu Bağırova (59 kq), İlkin Şahbazov (67 kq), Nigar Hacıyeva (55 kq), Elnur Amanov (58 kq), Ziya Qasımov (62 kq), Şəhrun Yusifova (47 kq), Leyla Yusubova (51 kq) və Zahid Məmmədov (54 kq) döyüşəcəklər. Yüngül atletika yarışlarında yeganə təmsilçimiz olan Ruslan Abbasov uzununa tullanmada qüvvəsini sınayacaq. R.Abbasov mübarizəyə avqustun 11-də seçmə mərhələdən başlayacaq. Cüdoçularımızın iştirakı ilə görüşlər avqustun 14-dən başlanacaq. Həmin gün yalnız Ruslan Əliyev (81 kq) mübarizəyə qatılacaq. Ertəsi gün Şahanə Alməmmədova (57 kq), Ramil Qasımov (66 kq) və Araz Muxtarov (73 kq) tatami üzərinə çıxacaqlar. Bədii gimnastlarımız Aliyə Qarayeva və Anna Qurbanova isə avqustun 15-17-də bacarıqlarını nümayiş etdirəcəklər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR