Bank Of Baku

Azərbaycanın Xudat şəhərində dəmiryol xəttinin üzərindən keçən körpüdə yük maşınlarının hərəkəti dayandırılıb

Azərbaycanın Xudat şəhərində dəmiryol xəttinin üzərindən keçən körpüdə yük maşınlarının hərəkəti dayandırılıb
# 08 avqust 2007 12:11 (UTC +04:00)
APA-nın şimal bürosunun 5 saylı yol istismar idarəsindən aldığı məlumata görə, mütəxəssislər körpünün aşırımının beton hissələrində çatlar aşkarlayıblar. Buna görə də bu gündən etibarən Nəqliyyat Nazirliyi körpüdən ağır maşınların keçməsinə məhdudiyyət qoyub. Yük maşınları Şollar kəndi ərazisindəki dəmiryol xəttinin üzərindən keçəcəklər. Uzunluğu 153,6 , eni 11 metr olan körpüdə isə təmir işləri aparılacaq.
Qeyd edək ki, adıçəkilən körpüdən Azərbaycan-Rusiya sərhədinin Tahirqazmalar sərhəd-keçid məntəqəsinə, o cümlədən Nabran istirahət zonasına və Yalamaya gedən maşınlar istifadə edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR