Bank Of Baku

Sumqayıtın istilik təsərrüfatının vəziyyəti ilə bağlı müşavirə keçirilib

Sumqayıtın istilik təsərrüfatının vəziyyəti ilə bağlı müşavirə keçirilib
# 08 avqust 2007 13:01 (UTC +04:00)
Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətində şəhərin istilik təsərrüfatındakı vəziyyətə həsr olunmuş müşavirə keçirilib. Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Müşavirədə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev qeyd edib ki, cari ilin ikinci yarısında muxtar və mobil tipli qazanxanaların istifadəyə verilməsi nəticəsində 12 binada məskunlaşmış 600-dən artıq ailə, həmçinin həmin ərazidə yerləşən 6 məktəb, 1 xəstəxana və 2 mədəniyyət ocağı istilik enerjisi ilə təmin olunacaq. V.Əliyev Sumqayıtda sosial obyektlərin istiliklə təchizatında müəyyən irəliləyişlərə nail olunsa da, yaşayış binalarının istilik sisteminin bərpası istiqamətində işlər lazımi şəkildə qurulmadığını vurğulayıb. Bununla bağlı “Sumqayıtistiliktəchizat” ASC-nin sədri Aftandil Nuriyevə ciddi xəbərdarlıq edib, şəhərin yaxın zamanlarda istiliklə təchiz olunması barədə konsepsiyanın hazırlanması və əməli işlərə başlanması barədə tapşırıqlar verib.
Qeyd edək ki, sentyabr ayında Sumqayıtın 17-ci mikrorayonu ərazisindəki binada yeraltı istilik kommunikasiyalarının və evdaxili sistemlərin tam bərpası ilə əlaqədar başlayacaq işlər nəticəsində 617 mənzilin və bir neçə sosial obyektin istilik enerjisi ilə təmin olunması nəzərdə tutulub. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR