Bank Of Baku

Balakəndə “Din, dövlət və cəmiyyət” mövzusunda seminar-monitorinq keçirilib

Balakəndə “Din, dövlət və cəmiyyət” mövzusunda seminar-monitorinq keçirilib
# 08 avqust 2007 13:56 (UTC +04:00)
Bu gün Balakəndə “Din, dövlət və cəmiyyət” mövzusunda seminar-monitorinq keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səfalı Vəzərlinin rəhbərliyi ilə keçirilən seminar-monitorinqə şimal-qərb bölgəsinin qazisi İbrahim Əfəndi, Balakənin kənd və qəsəbələrinin yerli dini icma rəhbərləri, bələdiyyə sədrləri, kənd icra nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri qatılıb. Tədbirdə ölkəmizdə din və etiqad azadlığının bərqərar olduğu, bir sıra bölgələrdə olduğu kimi, Zaqatala və Balakəndə də İslam dini ilə yanaşı, digər dinlərə sitayiş edən yerli sakinlərə hörmətlə yanaşıldığı bildirilib. Seminarda həmçinin son vaxtlar ölkənin şimal-qərb bölgəsində din pərdəsi altında bölgə ictimaiyyəti arasında çaşqınlıq yaradan qurumların aşkarlanaraq ifşa ediləcəyi vurğulanıb. Seminar-monitorinqin yaxın günlərdə Zaqatala rayonunda keçiriləcəyi bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR