Bank Of Baku

Azərbaycanın Zaqatala və Balakən rayonlarında separatçı fəaliyyətlə məşğul olan gizli təşkilatlar bu bölgənin “gerbi”ni yayırlar

Azərbaycanın Zaqatala və Balakən rayonlarında separatçı fəaliyyətlə məşğul olan gizli təşkilatlar bu bölgənin “gerbi”ni yayırlar
# 08 avqust 2007 14:00 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna adının çəkilməsini istəməyən mənbə məlumat verib və mənbə gerbin fotosunu da agentliyə məlumat verib. Gerbin üzərində Zaqatala və Balakən rayonlarının adları, yaşıl, göy və qırmızı rəngdə bayraq, 3 ədəd beşguşəli ulduz, xəncər, qartal və Qafqaz dağlarının təsviri əks olunub. Bununla belə, gerbin üzərində Zaqatala və Balakən rayonlarının adları rus əlifbası ilə yazılıb. Bu da Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət göstərən təşkilatların Rusiyada fəaliyyət göstərdiyini ehtimal etməyə əsas verir. Zaqatala və Balakən rayonları ərazisində “yaradılacaq” qondarma “muxtar vilayət”in simvolu kimi təqdim olunan gerbin şəkilləri yerli əhalinin mobil telefonlarına göndərilir. Araşdırmalar zamanı məlum olub ki, gerbin təsvirləri mobil telefonlara ünvanı bəlli olmayan internet səhifələrindən göndərilir.
APA-nın yerli bürosunun məlumatına görə, polis bu məsələ ilə bağlı araşdırma aparır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR