Bank Of Baku

Orta əsrlərə aid Şəmkir qalası divarının 80 metrdən çoxu torpaq altından çıxarılıb

Orta əsrlərə aid Şəmkir qalası divarının 80 metrdən çoxu torpaq altından çıxarılıb
# 08 avqust 2007 14:33 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri Şəmkir rayonu ərazisində apardığı arxeoloji qazıntılar zamanı orta əsrlərə aid Şəmkir qalası divarının 80 metrdən çoxunu torpaq altından çıxarıblar. Bu barədə APA-ya Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli məlumat verib. Onun sözlərinə görə, təxminən 1 ay əvvəl başlanılan qazıntılar zamanı arxeoloji materiallar olan saxsı qab qırıntıları da aparılıb. Qazıntı işlərinin sentyabrda tamamlanması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR